
Monopoly Baku City
Monopoly, əmlak konulu, zər ilə oynanan bir masa oyunudur. Parker Brothers tərəfindən istehsal edilmişdir. Oyunçuların məqsədi mümkün olduğu qədər çox əmlak alaraq digər oyunçuları müflis etməkdir.
Oyunçular zər ataraq xanalarda irəliləyib döngünü tamamlayırlar, ancaq eyni zamanda kirayələmə, satın alma, inşa etmə və ticarətə daxil olan iqtisadi fəaliyyətlərlə birlikdə iqtisadi mənada ən güclü olmağa çalışırlar.
Oyunda maksimum 6 nəfər iştirak edir. Oyunçular növbəylə zərləri atıb oyun meydançasında müvafiq sayda gedişlər edirlər. Bu oyunda siz daşınmaz əmlak əldə edib qazandığınız pulla həmin sahədə ev və ya otel də satın ala bilərsiz. Digər oyunçular sizin sahəyə gəldikdə sizə kirayə ödəməli olurlar. Pula ehtiyacınız olarsa daşınmaz əmlakınızı girov qoymaq imkanınız da var. Bundan əlavə oyun zamanı siz müxtəlif göstərişləri yerinə yetirməli olacaqsız.
Məqsəd: müflis olmamış yeganə oyunçu kimi qalmaqdır.
Oyuna başlamazdan əvvəl oyunun qaydalar kitabçasın oxuyun.


