top of page

Monopoliya nədir və necə yaranır?

Monopoliya yunan mənşəli sözü olub, iki sözün birləşməsindən yaranmışdır ( monos-tək, poleo-satıram).
İqtisadiyyatın inkişafı üçün əsas şərt azad rəqabət mühitinin yaradılmasıdır. Lakin monopoliya azad rəqabətlə daban-dabana ziddir. Monopoliya olan yerdə azad rəqabətdən və nəticədə inkişafdan söhbət gedə bilməz.


 Azərbaycan dilinin orfoqrafiya lüğətində monopoliya sözü yoxdur. Bizim ölkəmizdə bu sözə alternativ olaraq inhisar sözündən istifadə olunur. İnhisar sözü də “təkəl” və ya “təkəlçilik” mənasını verir ki, bu da mahiyyətcə elə monopoliya deməkdir.

                                                 
Monopoliyanın oyun olaraq düşünülüb əylancəli formaya gətirilməsi isə daha maraqlı faktdır.

“Monopoliya” ilk dəfə 1929-cu ildə əslən amerikalı olan Charles Darrow tərəfindən yaradılmışdır, o həm də bu oyunun ilk satıcısıdır. Oyun yaradıldıqdan sonra böyük marağa səbəb oldu və 1935-ci ildə

Amerikada ən çox satılan oyun oldu. Bu gün də dünyada onun oyunçularının sayı yarım milyardı ötür.

bottom of page