
Monopoliya necə oynanılır?
Daşınmaz əmlakın alış-veriş üzrə strateji və dinamik oyunu.
Oyunun əsas məqsədi nədir?
- Oyunun əsas məqsədi bundan ibarətdir ki, daşınmaz əmlakın alqı-satqısıyla məşğul olub, oyunun sonunadək oyunda qalıb digər oyunçuları bankrot edib çıxarasınız və oyunun ən varlı oyunçusu olasınız.
-
Oyunun məzmunu:
Oyun lövhəsi, 6 ədəd fiqur, 28 ədəd sahiblənmə kartı, 16 ədəd ŞANS kartı, 16 ədəd STORM idman klubu kartı, 28 ədəd ev, 12 ədəd otel, 2 ədəd zər.
Oyunu başlamaq üçün:
-
Əsas lövhəni açın.
“STORM idman klubu” və “ŞANS” kartlarını ayrı-ayrı qarışdırın və lövhənin üstündə üzü aşağı şəkildə hərəsini öz xanasına toplu şəkildə yerləşdirin.
-
Hər bir oyunçu özünə fiqur seçir və həmin fiquru “irəli” xanasının üzərinə qoyur. Hər bir oyunçu 1500 manatla oyuna başlayır . Pulun paylanma qaydası
-
Bir oyunçu seçin hansı ki, bankirin vəzifə borcunu yerinə yetirəcək – banka nəzarət edəcək və auksiyonları keçirəcək. Bankir öz əmlakını və pullarını bankdan kənarda saxlamalıdır. Əgər oyunda beş nəfər iştirak edirsə, bir nəfər bankir ola bilər və ya bir nəfər oyunun ortasında özünü çatdırıbsa o bankir ola və auksionlara nəzarət edə bilər.
-
Özündə bütün pulları və kartları saxlayır hansılar ki, şəxsi əmlak deyil. Qazanılmış bonusları və ödənişləri ödəyir. Oyunçulardan vergi və cərimələri yığır. Əmlakları və auksionda olan əmlakları satır. Həmçinin ev və otelləri də satır. Bank bankrot ola bilməz, əgər bankda pul bitirsə, sadə kağız üzərinə qaimə (çek) yazıb oyunçulara verə bilər.
-
Kim birinci başlayır? Hər bir oyunçu cüt zəri atır və kim çox atsa o oyuna başlayır və saat istiqaməti ilə oyun davam edir.
Sizin növbəniz çatdıqda.
-
Zərləri atın
-
Zərdə düşən rəqəmə uyğun olaraq saat istiqaməti ilə öz fiqurunuzu irəlilətdirin.
-
Siz düşdüyünüz ərazinin şərtlərinə uyğun hərəkət etməlisiniz (icarə, şans almaq və.s)
-
Əgər siz oyun zamanı “Başlanğıc nöqtəsini keçsəniz”
200 AZN bankdan almalısınız.Bankirə xatırlatmağı unutsanız pul sizə verilməyəcək.
Əgər qoşa zər atdınızsa oyuna davam edin və ardınca yenə zər atın o da qoşa düşərsə yenə oyuna davam edin yalnız üçüncü qoşanı atsanız siz həbsxanaya düşürsünüz və fiqurunuzu həbsxana xanasının üzərinə qoymalısınız.
-
Oyunu bitirdikdə özünüzdən soldaki oyunçuya zərləri verin.
Siz hansısa bir əraziyə düşdünüz.
-
Heçkimə məxsus olmayan mülk.
Üç cür daşınmaz əmlak var: Ərazilər (rəngli qruplar), Stansiyalar, Kommunal. Siz üzərində olduğunuz ərazini üzərində yazılan qiymətə ala bilərsiniz. Məbləği banka ödəyin və bankdan həmin kartı alın və üzü yuxarı öz yanınıza qoyun. Əgər siz almaq istəmirsinizsə bank ərazini auksiona çıxardır. Əgər bir ərazini aldınızsa məsələn: yaşıl, siz çalışmalısınız digər yaşıl əraziləridə alasınız çünki, əgər üç yaşılın üçüdə sizdədirsə, siz ev tikmədən o əraziyə düşən oyunçulardan iki qat arenda pulu alacaqsınız eyni zamanda siz o ərazilərdə ev tikə bilərsiniz.
-
Başqa oyunçunun mülkü.
Əgər siz başqa oyunçunun ərazisindəsinizsə, siz kartın üzərində yazılan tarifə uyğun olaraq həmin oyunçuya kirayə pulu verməlisiniz.
Diqqət: Əgər kart girovdadırsa yəni üzü aşağı qoyulubsa siz yenədə arenda verməlisiniz əgər solunuzdaki oyunçu artıq zəri atıbsa siz arenda verməyə də bilərsiniz.
Ərazi: Əgər ərazinin hamısı sizdədirsə orda ev olmadıqda kirayə pulu ikiyə vurulur.
Stansiya vağzalları: Ödəniş sizin neçə ədəd stansiya vağzalına malik olduğunuzdan asılıdır, kartın üstünü oxuyun.
Kommunal: Əgər kommunal ərazinin biri sizindirsə ora düşən oyunçu atdığı zərin rəqəmini 4-ə vurur və nəticə nədirsə ödəyir,əgər kommunalın ikisidə sizdədirsə rəqəm 10-a vurulur məsələn (6+2)x10=80
-
“Şans” və ya “STORM idman klubu”.
Kartı götürün arxasında yazılanı oxuyun,icra edin və yerinə qaytarın, lakin ən alta qoyun. Əgər sizə həbsxanadan pulsuz azad olmaq kartı düşübsə onu özünüzdə saxlaya və ya sata bilərsiniz.
-
Gəlir vergisi.
Bu xanaya düşdükdə banka tələb olunan məbləği ödə.
-
Get birbaşa Həbsxanaya.
Bu xanaya düşdükdə dərhal öz fiqurunuzu Həbsxana xanasına qoyun və zərləri növbəti oyunçuya ötürün.
Diqqət: Həbsxanaya birbaşa getdikdə başlanğıcı keçəndə 200azn almırsınız.
Daha hansı hallarda Həbsxanaya düşə bilərsiniz
-
“Şans” və ya “STORM idman klubu” kartlarında “Birbaşa həbsxanaya get”
-
dalbadal üç dəfə qoşa atdıqda.
Həbsxanadan necə çıxmaq olar?
-
Zərləri atmaqdan əvvəl 50 azn ödə sonra oyna, “həbsxanaya get” xanasına düşdükdə oyuna davam edin. və ya öz aranızda danışaraq həbsxanaya düşdükdə 50 azn verib çıxa bilər
-
“Şans” və ya “STORM idman klubu” kartlarında çıxan “Həbsxanadan azad olma” kartı istifadə edildikdən sonra kartı öz əvvəlki yerinə qaytar.
6. Heçdə qorxmayın! Əgər oyun zamanı sizin fiqurunuz “Həbsxana ziyarətçisi”nə düşərsə normal oyununuzu davam edin, amma əmin olun ki, fiqurunuz “Həbsxana ziyarətçisi” xanasındadır.
7. Sakitləşin! Bu xanada ümumiyyətlə heç nə baş vermir, nə yaxşı, nə də pis! Amma siz pul da qazanmırsınız bu isə pisdir...
Əgər sizin oyun növbəniz çatmayıbsa hətta həbsxanadasınızsa siz bu əməliyyatları edə bilərsiniz:
-
Arendatorlardan kirayə pulunu yığa bilərsiniz. Əgər başqa bir oyunçu sizin daşınmaz əmlak xananızdadırsa və o xana girov deyilsə, siz həmin oyunçudan icarə haqqı tələb etməlisiniz.
Tarifə uyğun olaraq icarə haqqı alırsınız, tarif kartın üst hissəsində göstərilib. Əlavə məlumatüçün “Başqa oyunçunun şəxsi mülkü”
-
Auksionda iştirak.
Bankir bu hallarda auksion keçirdə bilər. Əgər oyunçu zərləri atdıqdan sonra alınmamış əraziyə düşüb, o ərazini almaq istəməzsə, o sahə öz qiyməti ilə auksiona çıxardılır.
Oyunçu bankrot olduqda bütün əmlakını banka verir və bank onun əmlakını auksiona çıxardır. Auksion nəğd pulla keçirilir auksionu udan şəxs pulu ödəyib ərazini almalıdır.
-
Ev tikmək.
Əgər bir rəngli ərazinin hamısını almısınızsa, bankdan ev alıb sırf həmin ərazidə ev tikməyə başlaya bilərsiniz.
Evlərin qiyməti kartın üzərindəyazılıb.
Siz evləri sıra ilə tikməlisiniz hər bir xanada ən azı bir ev olmalıdır ki, ikinci evi tikməyə başlayasınız.
Ərazidə maksimum 4 ev tikə bilərsiniz, sonradan 1 otel tikib evləri banka verməlisiniz evlərin qiyməti kartın üzərində yazılıb. Ərazidə yalnız bir otel tikə bilərsiniz.
-
Əgər bankda ev qalmayıbsa, siz ərazinizdə ev və ya otel ala bilmərsiniz, gözləməlisiniz kimsə evlərin yerinə otel tiksin və ya siz həmin oyunçuya təklif edə bilərsiniz ki onda olan evi və ya evləri sizə satsın.
-
Evlərin satışı.
Evləri banka yarı qiymətə sata bilərsiniz eyni zamanda otelidə.
-
Evləri girov qoymaq
Əgər nəsə almaq və ya borcunuzu bağlamaq istəyirsinizsə siz öz hissələrinizi yarı qiymətə girov qoya bilərsiniz, lakin həmin ərazidə olan evləri banka satmalısınız yəni, ərazidə ev olmamalıdır. Girov qoyduğunuz kartı üzü aşağı çevirin və o əraziyə düşən oyunçu kirayə pulu ödəmir, əgər ərazini girovdan çıxartmaq istəyirsənizsə +10% ödəməklə ərazinizi geri qaytara bilərsiniz.
-
Saziş bağlamaq
Siz başqa oyunçu ilə alqı-satqı edə bilərsiniz, hansısa ərazini satmamışdan qabaq həmin rəngdə olan ərazidə heç bir ev və ya otel olmamalıdır varsa satılmalıdır yarı qiymətinə banka. Sonra kartı digər oyunçuya sata bilərsiniz.
Daşınmaz əmlakı bir- birinizdən pulla ala bilər və ya hansısa özünüzdə olan kartla dəyişə bilərsiniz,“Həbsxanadan pulsuz çıxarış” kartını həmçinin. Siz girovda olan hansısa ərazinizi başqa oyunçuya sata bilərsiniz (qiymətini oyunçular özləri aralarında razılaşma yolu ilə müəyyən edir).
Diqqət: Girovda olan ərazini aldıqda girov pulundan əlavə olaraq +10% ödəyib kartı açmalısınız və ya girov qoyulan kartın girov məbləğinin 10% ödəyib özünüzdə girov kimi saxlaya bilərsiniz, lakin siz o kartı girovdan çıxartmaq istəsəniz yenədə +10% əlavə ödəməli olacaqsınız!
Unutmayın: sizin məqsəd – sadəcə varlanmaq deyil. Qalib olmaq üçün həmçinin çalışmalısınız ki, yerdə qalan oyunçular müflis (bankrot) olsunlar!
Əgər sizin banka və ya oyunçuya borcunuz varsa nəğd ödəyə bilmirsinizsə çalışın evlərinizi satasınız əraziləri girova qoyasınız və nəğd pul əldə edəsiniz bankdan. Siz kartlarınızı başqa oyunçulara da sata bilərsiniz. Əgər yenədə pulunuz çatmırsa borcunuzu bağlamağa, siz müflis sayılırsınız evlərinizi yarı qiymətə satın banka ərazilərinizlə əldə olan pullarınızı və “Həbsxanadan azad olma” kartı varsa borcunuz olan oyunçuya verin və oyunu tərk edin, (siz bankir kimi oyunu davam etdirə bilərsiniz). Əraziləri alan oyunçunun ərazilərinin arasında girov ərazi varsa, həmin ərazini ya +10% ödəyib açmalı və ya 10% əlavə banka ödəyib kartı götürməlidir özünə amma girov kimi kart üzü aşağı şəkildə qalmalıdır!
Əgər oyunçu banka borclu qalarsa
Əraziləri əlindən alınır və auksiona verilir “Həbsxanadan azad olma” kartı isə öz yerinə qaytarılır.
QAYDALARA RİAYƏT EDİN
Bəzi Monopoliya oyunçuları öz qaydalarıyla oynamağı sevir. Bu normaldı, hətta elə bir oyunçu oyunun uzun cəkməsinə səbəb olur. Lakin rəsmi qaydalara görə oyunçular bir- birilərinə borca pul verməməlidir. Sözləşmələr eləmək aralarında məsələn: (sən mənim ərazimə düşsən vergi vermərsən mən də sənin). Və bütün cərimə və vergilər banka verilməlidir harasa qırağa qoyulmamalıdır.